AZ

"Qiyamət buzlağı" əriyir

Məhşur "Qiyamət buzlağı"-nın əriməsi qeyri-adi sürətlə davam edir.

Fins.az xəbər verir ki, tədqiqatlara görə, buzluq tamamilə əridikdə, dəniz səviyyəsi 65 sm yüksələ bilər və bu, sahil bölgələrinin su altında qalmasına səbəb ola bilər.

Böyük Britaniya Antarktida Xidməti (BAS) tərəfindən aparılan tədqiqatlar nəticəsində, buzlağın əriməsinin gözlənilməz şəkildə baş verdiyi məlum olub. İsti su, buzun dərin çatlarına və "pilləli" quruluşlarına sızaraq əriməni sürətləndirir. Araşdırmalarda sualtı robotlardan və yeni müayinə metodlarından istifadə edilib ki, bu da buzun axını və çatlarının modelləşdirilməsində yeni yanaşmalar təqdim edir.

Tədqiqatçılar, bu fenomenin davam etməsi halında okean səviyyəsinin 3 metrə qədər artması ehtimalını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini çəkmək məqsədini güdür.

Seçilən
133
50
fins.az

10Mənbələr