Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.51 ABŞ dolları, yaxud da 0.65 % azalaraq 77.35 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.84 ABŞ dolları və ya 1.10 % azalaraq 75.17 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.