Bakı. Trend:
Azərbaycan hazırda bir sıra xarici risklərlə üzləşir və bunlarınhər biri özünəməxsus təhlükəlilik dərəcəsinə malikdir. Bu mənadapandemiya dövründən başlayaraq Azərbaycanın quru sərhədlərini bağlısaxlaması həmin risklərin qiymətləndirilməsi və aradan qaldırılmasıüçün yaxşı imkandır. Əvvəlcə onu qeyd etmək lazımdır ki,Azərbaycanın quru sərhədlərinin bağlı olması ölkəni müxtəliftəhdidlərdən qorumaq məqsədi daşıyır. Bu təhdidlərə qarşı mübarizətədbirləri qeyri-qanuni yollarla silah, narkotik və ya digərzərərli məhsulların ölkəyə daxil olmasını daha da çətinləşdirir.Bu, terrorçuluqla bağlı hərəkətləri məhdudlaşdırır. Sərhədlərinbağlı olması həm də regionda baş verə biləcək siyasi, sosial vəiqtisadi böhranların, o cümlədən silahlı münaqişələrin ölkədaxilinə yayılmasını əngəlləyir, xarici güclərin ölkənin daxiliişlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. VII çağırışMilli Məclisin iclasında Prezident İlham Əliyev də bu məsələyətoxunaraq bildirdi ki, sərhədlərin bağlı qalması əslində “bizi çoxböyük fəlakətlərdən xilas edib”. Dövlət başçısı vurğuladı ki,“hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətləraparılır və bu hərəkətlərin qarşısı alınır”.
Bu proses Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tambərpa etdikdən sonra daha da sürətlənib. Vətən müharibəsindəqazanılan parlaq qələbə bir sıra xarici qüvvələrdə qıcıq yaradıb vəonları Azərbaycana qarşı müəyyən planlar həyata keçirməyəhəvəsləndirib. Xarici qüvvələr dedikdə təbii ki, ilk sıradaErmənistanı qoymalıyıq. Qarabağ münaqişəsinin aktiv müharibəfazasına daxil olduğu 2020-ci ildən sonra Ermənistanla şərtisərhəddə bir sıra toqquşmalar baş verdi. Ermənistan Azərbaycanınüstünlüyü ilə müşayiət olunan status-kvonu dəyişdirmək üçün həttahərbi eskalasiyaya da getdi, lakin hər dəfə layiqli cavabını aldı,böyük itkilər verərək geri çəkildi. Bu baxımdan hazırdaErmənistanın sürətlə silahlandırılması fonunda bir sıra güclərinCənubi Qafqazda geosiyasi balans yaratmaq uğrunda mübarizə apardığıvaxt Qərb sərhədlərimizdən gələn risk Azərbaycan üçün ciddi təhlükəmənbəyi olaraq qalır.
Digər risk faktoru cənub sərhədlərimizdədir. Azərbaycanmüstəqillik qazandıqdan sonra İranla münasibətlərdə vaxtaşırıproblemlər müşahidə olunub. Bu problemlərin əksəriyyəti diplomatikvasitələrlə həll olunsa da dövlətlərarası və xalqlararasımünasibətlərdə müəyyən etirazların baş qaldırmasına, ictimaifikirdə İrana qarşı narazılıqların yaranmasına gətirib çıxarıb.Ötən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilənqanlı hücum, daha sonra Bakıda millət vəkilinə edilən sui-qəsdcəhdi deməyə əsas verir ki, sərhədlərimiz açıq olduğu təqdirdə bucür hərəkətlərin daha çox olması ehtimalı yüksək ola bilərdi vənəticə etibarilə bu, qarşısıalınmaz proseslərə gətirib çıxarardı.Bura İranın ölkəmizin cənub sərhədlərində keçirdiyi hərbi təlimləridə əlavə etsək o zaman təhlükəlilik dərəcəsinin nə qədər yüksəkolduğunu anlamaq o qədər də çətin olmaz.
Şimal sərhədlərimiz də risk faktorlarından sığortalanmayıb.Rusiyanın regionda öz təsir dairəsini artırmaq və yaxud da öznüfuzunu qoruyub saxlamaqla bağlı planları özlüyündə müəyyən riskamilləri yaradır. Düzdür, son illərdə Rusiya ilə münasibətlərdəpozitiv əhval-ruhiyyə hökm sürür, tərəflər ikitərəflimünasibətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər görür.Lakin Moskvanın regional maraqları hələ də risk mənbəyi olaraqqalır. Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil siyasətyürütməsində maraqlı olmadığı üçün Qərbin bu bölgəyə nüfuz etməsinəmüxtəlif maneələr yaradır. Prosesin bu cür davam etməsi fonundaşimal istiqamətində hansısa pozuculuq hallarının baş verməsi,sərhədlərdə müəyyən təhlükələrin yaranması ehtimalı yüksəkdir.
Azərbaycanın öz sərhədlərinin etibarlı müdafiəsinə yönəlmişsəylərinin arxasında təbii ki, beynəlxalq terrorizmə və radikalizməqarşı kəskin mübarizə amili də var. Yaxın Şərqdə və Mərkəzi Asiyadabaş verən bəzi hadisələr fonunda bu risklər hələ də mövcuddur vəonlar terror hadisələrinin başvermə ehtimalını artırır. Lakin onuda nəzərə almalıyıq ki, Azərbaycanda həyata keçirilən təhlükəsizliksistemi son illərdə xeyli gücləndirilib. Ona görə də dövlət başçısıəminliklə vurğuladı ki, ölkədə daxili risklər yoxdur.
Media Təhlil Mərkəzi