AZ

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO - YENİLƏNİB

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Araşdırma aparılır.

***

15.35

Biləsuvarda ağır yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda
Seçilən
20
13
apa.az

10Mənbələr