Suriya və İraqın şimalında separatçı terror təşkilatı PKK-ya mənsub 3 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni fasiləsiz davam etdirdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Suriyanın şimalındakı ''Fərat qalxanı'' bölgəsində 2 PKK/YPG terrorçusu ilə İraqın şimalındakı ''Pençe-Kilid'' əməliyyatı bölgəsində aşkar edilən 1 PKK terrorçusu zərərsizləşdirilib.
"Mehmetçik qəhrəmancasına və fədakarcasına mübarizəyə davam edəcək",-açıqlamada vurğulanıb.