AZ

Kimliyi müəyyən edilmiş şəhidlər sabah dəfn ediləcək

Kimliyi müəyyən edilmiş, birinci Qarabağ müharibəsində itkin düşdüyü bildirilən daha iki şəhid dəfn ediləcək.

Herbiand.az xəbər verir ki, bu barəıdə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məlumatda bildirilir ki, hərbçi Alıyev Vaqif Sərdar oğlunun dəfni sabah Gəncə şəhəri, Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlunun dəfni isə sabah Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında baş tutacaq.

 

Seçilən
15
6
herbiand.az

10Mənbələr