Sülh müqaviləsinin bağlanması üçün real imkan var. "DogruXeber.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşü zamanı deyib. BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşdə həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri müzakirə ediblər. Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, bunun reallaşması üçün Ermənistanın açıq şəkildə ifadə etdiyi güclü siyasi iradə lazımdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta