AZ

İcra başçısının qardaşı faciəvi şəkildə öldü

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı modern.az yayıb.
Seçilən
65
36
yenilik.az

10Mənbələr