AZ

MN-in sabiq vəzifəliləri barədə hökmlərdən apellyasiya protesti verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müdafiə Nazirliyinin (MN) mənimsəmə ittihamı ilə həbs edilmiş sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi sosial media səhifələrində Mahir Məhərrəm oğlu Şirvanov və Məlikməmməd Oruc oğlu Qurbanovun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb:
"Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib".
Qeyd olunub ki, Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza - Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
"Təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apellyasiya protestləri verilib", - deyə məlumatda bildirilib.
Seçilən
28
1
oxu.az

10Mənbələr