2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.
Türkiyədə “Qalatasaray” Yunanıstan çempionu PAOK-u qəbul edib. Oyun "cim-bom"un qələbəsi ilə başa çatıb - 3:1. vakansiya
İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni üstələyə bilməyib - 1:1.
“Qarabağ”ın rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın AZ Alkmaar klubuna uduzub. “Budyo-Qlimt” (Norveç) isə doğma meydanda azlıqda qalmasına baxmayaraq, “Portu”dan (Portuqaliya) üstün olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
AZ Alkmaar (Niderland) – “Elfsborq” (İsveç) 3:2
“Budyo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2
“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1
“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3
“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Çexiya) 0:2
“Midtyullann” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:0
“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1
“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.
Telegram kanalımız