AZ

Cəbrayıl şəhərinə köçən 36 ailəyə evlərinin açarları təqdim olunub -FOTO

Bu gün ilk köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

“İki sahil” xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Daha sonra ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Seçilən
8
6
ikisahil.az

10Mənbələr