AZ

Makronun erməni sevdasının pərdəarxası məqamları: İndi də...

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı yenə erməni “sevdası”nı ortaya qoyub.

O qeyd edib ki, dünya ictimaiyyəti Ermənistanı dəstəkləməlidir. Makronun sözlərinə görə, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir.

Makronun məlum “erməni təəssübü”nün” pərdəarxası məqamını Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Turan Rzayev bildirib ki, Fransa prezidentinin dediyi “Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir” sözlər bir daha bu şəxsin ermənidən çox erməni olduğunu sübut edir:

“Emmanuel Makronun ermənipərəstliyi bizi təəccübləndirmir. Düzdür, onun sələfləri, Fransua Oland, Nikola Sarkozi, Jak Şirak da erməniləri müdafiə edirdi, amma heç biri bu təəssübkeşliyi bu həddə gətirib çıxarmamışdı”.

Onun sözlərinə görə, aydın məsələdir ki, ABŞ və Fransada erməni lobbisi və kilsənin nüfuzu var:

“Ən önəmli məqam isə dünyada tanınan erməni iş adamları, idmançılar və milyonerlər mövcuddurlar. Bu şəxslər seçki prosesində ciddi təsiretmə potensialına sahibdirlər. Fransada isə vəziyyət daha kritikdir. Açıqca demək olar ki, Fransa prezidentini fransız xalqı deyil, erməni lobbisi seçir. Əks təqdirdə Makron belə canla-başla Ermənistanı müdafiə etməzdi”.

Turan Rzayev: Makron Fransa tarixinə düşəcək bir şəxsdir, amma neqativ əməlləri ilə

T.Rzayev onu da əlavə edib ki, son zamanlar E.Makronun prestiji ciddi şəkildə zədələnib:

“Buna görə də o, lobbi və diasporun dəstəyini qazanmaq istəyir. Son məlum çıxışı bunu sübut edir. Təbii ki, məsələnin bir də geosiyasi tərəfi var. Makron Fransanın Ermənistanda nüfuz qazanmasını, Cənubi Qafqaza təsir etməsini istəyir. Hətta Rusiyadan boşalacaq yeri Fransanın doldurmasına çalışır. Amma bu, mümkün deyil. Paris Mali, ÇAD, Burkina Faso və digər keçmiş müstəmləkələrində tutuna bilmədi. Bu da azmış kimi hazırda Korsikada Yeni Kaledoniyada Mavrikidə müstəqillik hərəkatları güclənib”.

“Şübhə yoxdur ki, qeyd etdiyim müstəmləkələr gec-tez öz müqəddəratlarını təyin edəcəklər. Bu, Makronun sərgilədiyi siyasətlə mümkün olacaq. Makron heç şübhəsiz Fransa tarixinə düşəcək bir şəxsdir. Amma neqativ əməlləri ilə”, - deyə Turan Rzayev əlavə edib.

Aydın Baxış

Seçilən
30
4
bakivaxti.az

4Mənbələr