AZ

"Google" keçmiş işçisini şirkətə qaytarmaq üçün fantastik məbləğ ödədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Google" şirkəti keçmiş əməkdaşı Noam Şaziri komandaya qaytarmaq üçün 2,7 milyard dollarlıq çek imzalayıb.
Oxu.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Noam Şazir 2021-ci ildə şirkətdən ayrılıb və qısa müddət sonra "Character.AI" adlı şəxsi startapını işə salıb.
Rəsmi məlumata görə, "Google" "Character.AI" texnologiyalarına lisenziya üçün vəsait ödəyib. Müqavilə IT mütəxəssisinin şirkətə qayıtması şərtini də əhatə edib.
Qeyd olunur ki, artıq bu gün 48 yaşlı Noam Şazir "Google"un vitse-prezidentidir və şirkətin ən güclü süni intellekt texnologiyası olan "Gemini"nin üzərində işləyir.
"Google"da belə bir fikir hökm sürür ki, şirkətin milyardlarla dollar lisenziya haqqı ödəməyə razılaşmasının əsas səbəbi də məhz Noam Şazirin şirkətə qayıtmasına xidmət edib.
Məlumat üçün əlavə edək ki, N. Şazir "Google"un komandasına 2000-ci ildə qoşulub. 2017-ci ildə o, "Google"un digər yeddi tədqiqatçısı ilə birlikdə "Diqqət - sizə lazım olan hər şeydir" adlı məqalə dərc edib ki, bu da generativ süni intellekt texnologiyasının əsasını təşkil edib.
Seçilən
348
50
oxu.az

10Mənbələr