AZ

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası"nın ("CPMIEC") rəhbər heyəti ilə görüşüb.
Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seçilən
11
50
oxu.az

10Mənbələr