Meta şirkəti özünün Meta AI adlı süni zəka əsaslı köməkçisinin yeni imkanlarını anons edib. Qeyd etmək lazımdır ki, keçən il baş tutmuş Meta Connect tədbiri çərçivəsində təqdim edilmiş Meta AI köməkçisi şirkətin bir çox servisində aktivdir. Beləliklə Meta AI köməkçisinin əldə etmiş olduğu yeniliklərdən biri səsli ünsiyyətdir. Daha öncə bu imkan yalnız Ray-Ban Meta adlı smart eynək vasitəsilə mümkün idi. Bununla yanaşı Meta AI səsli ünsiyyət çərçivəsində bir çox məşhur şəxsin səsi ilə danışa bilir. Süni zəka əsaslı köməkçidə reallaşdırılmış daha bir yenilik fotoların redaktə olunmasıdır. Bundan sonra istifadəçilər Meta AI-dan Instagram, Facebook Messenger və WhatsApp-dakı fotoların redaktə olunmasını istəyə biləcəklər. Bununla yanaşı redaktəsi planlaşdırılan fotolardakı obyektləri silmək və ya fotonun ümumi fonunu dəyişmək mümkün olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta