AZ

Redmi Buds 6 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

     Redmi brendi Redmi Note 14 smartfon seriyası ilə yanaşı öz yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, Redmi Buds 6-dan gedir. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlıq vakuum konstruksiyaya sahibdir və qulaqlıqlardan hər biri 12.4 mm-lik audio drayver ilə təchiz olunub. Redmi Buds 6 ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 49 dB-ə (desibel) kimi boğa bilirlər. Üstəlik qulaqlıqlar 360 dərəcəlik həcmli səslənmə özəlliyini və 3 səviyyəli şəffaf rejimi dəstəkləyirlər. Redmi-nin sözlərinə əsasən qulaqlıqlar bir dəfə şarj olunandan sonra 10 saat çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 40 saat təşkil edir. Onlar 10 dəqiqə ərzində şarj olunma nəticəsində 4 saat çalışırlar. Redmi Buds 6 artıq Çində satışa çıxıb və onun qiyməti 28$ təşkil edir. Bu yeni naqilsiz qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Seçilən
12
technote.az

1Mənbələr