AZ

Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib

     Təqdimata hazırlaşan vivo X200 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş verəcək. Bu dəfə vivo-nun məhsullar üzrə meneceri vivo X200 smartfonunun dizaynını əks etdirən fotonu təqdim edib. Təqdim edilmiş fotoya əsasən vivo X200 minimum iki gövdə rəngi variantında satışa çıxacaq. Ağ və göy. Bununla yanaşı fotodan da görmək olar ki, smartfonun arxa panelində dairəvi formada böyük ölçülü kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera ilə LED işıqlandırma olacaq. Bununla yanaşı kamera sahəsinin daxilində Zeiss yazısını görmək olar. Bu isə o deməkdir ki, vivo X200 smartfonlarının kameraları mövzusunda Zeiss şirkəti ilə əməkdaşlıq davam edir.

Seçilən
14
technote.az

1Mənbələr