AZ

Məşhur yazıçı casus çıxdı

Tarixçi Kleyr Habbard-Hall, Birinci Dünya müharibəsi zamanı “Agent A” kimi tanınan qadın casusun şəxsiyyətini müəyyənləşdirib. İngilis məxfi xidmətinin ilk qadın agenti, ailəsinin alman əlaqələri sayəsində kəşfiyyat dünyasında mühüm rol oynayıb. “Agent A” alman zabitlərinin hərəkətlərini izləyib, məxfi xidmətə kritik məlumatlar verib.

Kəşfiyyat sahəsində ixtisaslaşmış tarixçi Kleyr Habbard-Hall, Birinci Dünya müharibəsi qeydlərində “Agent A” olaraq qeyd edilən qadın casusun kimliyini ilk dəfə müəyyənləşdirib.

Arxiv qeydlərinə görə, “Agent A”nın missiyası Birinci Dünya müharibəsi zamanı alman zabitlərinə casusluq etmək və mümkün Alman işğalı və ya müharibə elanı barədə məlumat vermək idi.

1909-cu ildə Britaniya məxfi xidmətinin əsası qoyulanda işə götürülən “Agent A” məxfi xidmətin ilk qadın rəhbəri Mansfild Kamminqə həm aktiv, həm də istefada olan alman zabitlərinin hərəkətləri haqqında hesabat veriib. 50 yaşlı “Agent A” ailəsinin Almaniya ilə əlaqəsi sayəsində şübhə doğurmadan kəşfiyyat məlumatları toplayıb.

“MailOnline”a danışan Habbard-Hall, arxiv qeydlərindəki mühasibat fayllarında mühüm dəlillər tapdığını və indiyə qədər heç kimin onları araşdırmadığını bildirib.

“Onu tanıya bilməyim inanılmazdır. O, 1909-cu il dekabrın 17-də “Mİ 6” agenti kimi işə götürülən ilk qadın kimi tarixə düşüb”, – Hubbard-Hall deyib.

İllik 100 funt sterlinq maaşla casusluğa başlayan, bu gün 8 min sterlinqə bərabər olan “Agent A” 1910-cu ildə 58 funt sterlinq son ödənişlə işdən ayrılıb.

Bu ödənişlər sayəsində Habbard-Hall “Agent A”nın əsl şəxsiyyətinin məşhur yazıçı və tərcüməçi Aqnes Bleyk olduğunu ortaya qoyub.

Onun əmisi alman vəliəhdi və gələcək imperator Vilhelmin köməkçisi olub.

Alman teatr tamaşalarını ingilis dilinə çevirərək şöhrət qazanan Aqnes Bleyk, dostları və ailəsinin əlaqələri sayəsində mümkün bir Alman işğalı ilə bağlı erkən məlumat verə biləcəyini anladığı üçün gizli xidmətin mühasibi Çarlz Hardinqə tövsiyə edildi.

Bleyk varlı bir ailədə böyüyərkən, Bleykin böyük bacısı 1869-cu ildə aristokrat bir alman ailəsi ilə evlənib. Bacısının evləndiyi şəxs Almaniya vəliəhdi və gələcək imperator Vilhelmin köməkçisi olub. Beləliklə, Bleyk Kamminq və məxfi xidmət üçün çox dəyərli oldu.

Bir tapmaca hazırlayan və patentləşdirən Bleyk xüsusi olaraq “qərargah zabiti” üzərində cəmləşsə də, alman dilində məktublar və teleqramlar yazmaqda Kamminqə kömək etdi.

1950-ci ildə 91 yaşında dünyasını dəyişən Bleykin övladı olmayıb.

Seçilən
84
vaxt.az

1Mənbələr