Vətən müharibəsinin başlamasından 4 il ötür
Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.Prezident İlham Əliyev müharibənin gedişatı zamanı xalqa bir neçə dəfə müraciət etdi. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi.Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı.Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk ongünlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda çaxnaşmalara səbəb olmuşdu. Böyük təşvişə düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi.Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azad olunması ilə düşmənin beli qırılmış oldu. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra - oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Ali Baş Komandan demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşanın azad olunması ilə düşmən Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı.24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Qarabağdakı separatçıların varlığına son qoyuldu, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.("Report" )Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası::№TARİXRAYONYAŞAYIŞ MƏNTƏQƏSİ1.27.09.2020FüzuliQaraxanbəyli2.27.09.2020FüzuliQərvənd3.27.09.2020FüzuliHoradiz kəndi4.27.09.2020CəbrayılBöyük Mərcanlı5.27.09.2020CəbrayılNüzgar6.27.09.2020KəlbəcərMurovdağ zirvəsi7.03.10.2020CəbrayılMehdili8.03.10.2020CəbrayılÇaxırlı9.03.10.2020CəbrayılAşağı Maralyan10.03.10.2020CəbrayılŞəybəy11.03.10.2020CəbrayılQuycaq12.03.10.2020FüzuliAşağı Əbdürrəhmanlı13.03.10.2020TərtərSuqovuşan14.03.10.2020TərtərTalış15.04.10.2020CəbrayılCəbrayıl ş.16.04.10.2020CəbrayılŞükürbəyli17.04.10.2020CəbrayılÇərəkən18.04.10.2020CəbrayılDaşkəsən19.04.10.2020CəbrayılHorovlu20.04.10.2020CəbrayılMahmudlu (kənd)21.04.10.2020CəbrayılCəfərabad22.04.10.2020CəbrayılYuxarı Maralyan23.04.10.2020CəbrayılDəjəl24.04.10.2020CəbrayılKarxulu25.05.10.2020CəbrayılŞıxalıağalı26.05.10.2020CəbrayılSarıcallı27.05.10.2020CəbrayılMəzrə28.09.10.2020CəbrayılQışlaq29.09.10.2020TərtərÇaylı30.09.10.2020CəbrayılQaracallı31.09.10.2020CəbrayılƏfəndilər32.09.10.2020CəbrayılSüleymanlı33.09.10.2020FüzuliYuxarı Güzlək34.09.10.2020FüzuliGorazıllı35.09.10.2020XocavəndHadrut q.36.09.10.2020XocavəndSor37.14.10.2020FüzuliQaradağlı38.14.10.2020FüzuliXatınbulaq39.14.10.2020FüzuliQarakollu40.14.10.2020XocavəndBulutan41.14.10.2020XocavəndMəlikcanlı42.14.10.2020XocavəndQırmızıqaya43.14.10.2020XocavəndDağdöşü44.14.10.2020XocavəndTağaser45.15.10.2020FüzuliArış46.15.10.2020CəbrayılDoşulu47.15.10.2020XocavəndEdişə48.15.10.2020XocavəndDüdükçü49.15.10.2020XocavəndEdilli50.15.10.2020XocavəndÇiraquz51.16.10.2020XocavəndXırmancıq52.16.10.2020XocavəndAğbulaq53.16.10.2020XocavəndAxullu54.17.10.2020FüzuliFüzuli ş.55.17.10.2020FüzuliQoçəhmədli56.17.10.2020FüzuliCuvarlı57.17.10.2020FüzuliPirəhmədli58.17.10.2020FüzuliMusabəyli59.17.10.2020FüzuliÇimən60.17.10.2020Füzuliİşıqlı61.17.10.2020FüzuliDədəli62.18.10.2020CəbrayılHacılı63.18.10.2020CəbrayılHacı İsaqlı64.18.10.2020CəbrayılXudafərin q.65.19.10.2020CəbrayılSoltanlı66.19.10.2020CəbrayılƏmirvarlı67.19.10.2020CəbrayılMaşanlı68.19.10.2020CəbrayılHasanlı69.19.10.2020CəbrayılAlıkeyxalı70.19.10.2020CəbrayılQumlaq71.19.10.2020CəbrayılGöyərçin Veysəlli72.19.10.2020CəbrayılNiyazqulular73.19.10.2020CəbrayılKeçəl Məmmədli74.19.10.2020CəbrayılŞahvəlli75.19.10.2020Cəbrayılİsaqlı76.20.10.2020FüzuliDördçinar77.20.10.2020FüzuliKürdlər78.20.10.2020FüzuliYuxarı Əbdurrəhmanlı79.20.10.2020FüzuliQarğabazar80.20.10.2020FüzuliAşağı Veysəlli81.20.10.2020FüzuliYuxarı Aybasanlı82.20.10.2020CəbrayılSafarşa83.20.10.2020CəbrayılHəsənqaydı84.20.10.2020CəbrayılFuğanlı85.20.10.2020Cəbrayılİmambağı86.20.10.2020CəbrayılDaş Veysəlli87.20.10.2020CəbrayılAğtəpə88.20.10.2020CəbrayılYarəhmədli89.20.10.2020XocavəndAğcakənd90.20.10.2020XocavəndMülküdərə91.20.10.2020XocavəndDaşbaşı92.20.10.2020XocavəndGünəşli93.20.10.2020XocavəndÇinarlı94.20.10.2020ZəngilanZəngilan ş.95.20.10.2020ZəngilanHavalı96.20.10.2020ZəngilanMəmmədbəyli97.20.10.2020ZəngilanHəkəri q.98.20.10.2020ZəngilanŞərifan99.20.10.2020ZəngilanMuğanlı100.21.10.2020FüzuliGecəgözlü101.21.10.2020FüzuliAşağı Seyidəhmədli102.21.10.2020FüzuliZərgər103.21.10.2020CəbrayılBalyand104.21.10.2020CəbrayılPapı105.21.10.2020CəbrayılTulus106.21.10.2020CəbrayılTinli107.21.10.2020ZəngilanMincivan q.108.21.10.2020ZəngilanBabaylı109.21.10.2020ZəngilanÜçüncü Ağalı110.21.10.2020ZəngilanSarıl111.21.10.2020ZəngilanXumarlı112.21.10.2020ZəngilanHacallı113.21.10.2020ZəngilanXurama114.21.10.2020ZəngilanCahangirbəyli115.21.10.2020ZəngilanTurabad116.21.10.2020Zəngilanİçəri Müşlan117.21.10.2020ZəngilanQıraq Müşlan118.21.10.2020ZəngilanMəlikli119.21.10.2020ZəngilanÜdgün120.21.10.2020ZəngilanBaharlı121.22.10.2020FüzuliMollavəli122.22.10.2020FüzuliYuxarı Rəfədinli123.22.10.2020FüzuliAşağı Rəfədinli124.22.10.2020CəbrayılSirik125.22.10.2020CəbrayılŞıxlar126.22.10.2020CəbrayılMəstalıbəyli127.22.10.2020CəbrayılDərzili128.22.10.2020ZəngilanKolluqışlaq129.22.10.2020ZəngilanMalatkeşin130.22.10.2020ZəngilanZəngilan (kənd)131.22.10.2020ZəngilanGenlik132.22.10.2020ZəngilanVəliqulubəyli133.22.10.2020ZəngilanQaradərə134.22.10.2020ZəngilanÇöpədərə135.22.10.2020ZəngilanTatar136.22.10.2020ZəngilanTiri137.22.10.2020ZəngilanƏmirxanlı138.22.10.2020ZəngilanQarqulu139.22.10.2020ZəngilanBartaz (kənd)140.22.10.2020ZəngilanDəlləkli141.22.10.2020ZəngilanAğbənd q.142.23.10.2020XocavəndDolanlar143.23.10.2020XocavəndBünyadlı144.23.10.2020CəbrayılDağ Tumas145.23.10.2020CəbrayılNüsüs146.23.10.2020CəbrayılXələfli q.147.23.10.2020CəbrayılMinbaşılı148.23.10.2020ZəngilanVənədli149.23.10.2020ZəngilanMirzəhəsənli150.23.10.2020QubadlıZilanlı151.23.10.2020QubadlıKürd Mahruzlu152.23.10.2020QubadlıMuğanlı153.23.10.2020QubadlıAlaqurşaq154.25.10.2020ZəngilanBirinci Alıbəyli155.25.10.2020Zəngilanİkinci Alıbəyli156.25.10.2020ZəngilanRəbənd157.25.10.2020ZəngilanYenikənd158.25.10.2020CəbrayılQovşudlu159.25.10.2020CəbrayılSofulu160.25.10.2020CəbrayılDağ Maşanlı161.25.10.2020CəbrayılKürdlər162.25.10.2020CəbrayılHovuslu163.25.10.2020QubadlıPadar164.25.10.2020QubadlıƏfəndilər165.25.10.2020QubadlıYusifbəyli166.25.10.2020QubadlıÇaytumas167.25.10.2020QubadlıXanlıq168.25.10.2020QubadlıSarıyataq169.25.10.2020QubadlıMollabürhan170.25.10.2020QubadlıQubadlı ş.171.26.10.2020CəbrayılÇələbilər172.28.10.2020ZəngilanBirinci Ağalı173.28.10.2020Zəngilanİkinci Ağalı174.28.10.2020ZəngilanZərnəli175.28.10.2020FüzuliMandılı176.28.10.2020CəbrayılQazanzəmi177.28.10.2020CəbrayılXanağabulaq178.28.10.2020CəbrayılÇullu179.28.10.2020CəbrayılQuşçular180.28.10.2020CəbrayılQaraağac181.28.10.2020QubadlıQiyaslı182.28.10.2020QubadlıƏbilcə183.28.10.2020QubadlıQilican184.30.10.2020CəbrayılXudaverdili185.30.10.2020CəbrayılQurbantəpə186.30.10.2020CəbrayılŞahvələdli187.30.10.2020CəbrayılXubyarlı188.30.10.2020ZəngilanAladin189.30.10.2020ZəngilanVejnəli190.30.10.2020QubadlıKavdadıq191.30.10.2020QubadlıMəmər192.30.10.2020QubadlıMollalı193.02.11.2020CəbrayılÇapand194.02.11.2020CəbrayılQoşabulaq195.02.11.2020ZəngilanDərə Gilətağ196.02.11.2020ZəngilanBöyük Gilətağ197.02.11.2020Qubadlıİşıqlı198.02.11.2020QubadlıMuradxanlı199.02.11.2020QubadlıMilanlı200.04.11.2020CəbrayılMirək201.04.11.2020CəbrayılKavdar202.04.11.2020ZəngilanMəşədiismayıllı203.04.11.2020ZəngilanŞəfibəyli204.04.11.2020QubadlıBaşarat205.04.11.2020QubadlıQarakişilər206.04.11.2020QubadlıQaracallı207.07.11.2020FüzuliYuxarı Veysəlli208.07.11.2020FüzuliYuxarı Seyidəhmədli209.07.11.2020FüzuliQorqan210.07.11.2020FüzuliÜçüncü Mahmudlu211.07.11.2020FüzuliQacar212.07.11.2020FüzuliDivanalılar213.07.11.2020CəbrayılYuxarı Məzrə214.07.11.2020CəbrayılYanarxac215.07.11.2020QubadlıQəzyan216.07.11.2020QubadlıBalasoltanlı217.07.11.2020QubadlıMərdanlı218.07.11.2020ZəngilanBeşdəli219.07.11.2020XocalıQarabulaq220.07.11.2020XocalıBaharlı221.07.11.2020XocavəndAtaqut222.07.11.2020XocavəndHünərli223.08.11.2020ŞuşaŞuşa ş.224.09.11.2020FüzuliQobu Dilağarda225.09.11.2020FüzuliYal Pirəhmədli226.09.11.2020FüzuliYuxarı Yağlıvənd227.09.11.2020FüzuliDilağarda228.09.11.2020FüzuliSeyidmahmudlu229.09.11.2020FüzuliƏləsgərli230.09.11.2020FüzuliAşağı Güzlək231.09.11.2020FüzuliGovşatlı232.09.11.2020FüzuliMirzəcamallı233.09.11.2020FüzuliŞəkərcik234.09.11.2020FüzuliMerdinli235.09.11.2020FüzuliŞıxlı236.09.11.2020FüzuliQaraməmmədli237.09.11.2020FüzuliDövlətyarlı238.09.11.2020FüzuliHüseynbəyli239.09.11.2020FüzuliSaracıq240.09.11.2020XocalıDəmirçilər241.09.11.2020XocalıÇanaqçı242.09.11.2020XocalıMədətkənd243.09.11.2020XocalıSığnaq244.09.11.2020ŞuşaDaşaltı245.09.11.2020XocavəndSusanlıq246.09.11.2020XocavəndBinə247.09.11.2020XocavəndTuğ248.09.11.2020XocavəndAğdam249.09.11.2020XocavəndAzıx250.09.11.2020XocavəndBöyük Tağlar251.09.11.2020XocavəndSalakətin252.09.11.2020XocavəndZoğalbulaq253.09.11.2020XocavəndArakül254.09.11.2020XocavəndTağaverd255.09.11.2020XocavəndZərdanaşen256.09.11.2020XocavəndŞexer257.09.11.2020CəbrayılHüseynalılar258.09.11.2020CəbrayılSöyüdlü259.09.11.2020CəbrayılAşağı Sirik260.09.11.2020CəbrayılQalacıq261.09.11.2020CəbrayılMolla Həsənli262.09.11.2020CəbrayılƏsgərxanlı263.09.11.2020CəbrayılYuxarı Nüsüs264.09.11.2020CəbrayılAşıq Məlikli265.09.11.2020CəbrayılNiftalılar266.09.11.2020CəbrayılQərər267.09.11.2020QubadlıYuxarı Mollu268.09.11.2020QubadlıAşağı Mollu269.09.11.2020QubadlıXocik270.09.11.2020QubadlıQaraimanlı271.09.11.2020QubadlıXəndək272.09.11.2020QubadlıHəmzəli273.09.11.2020QubadlıMahruzlu274.09.11.2020QubadlıHal275.09.11.2020QubadlıBallıqaya276.09.11.2020QubadlıUlaşlı277.09.11.2020QubadlıTinli278.09.11.2020QubadlıXocahan279.09.11.2020QubadlıBoyunəkər280.09.11.2020QubadlıQaraqoyunlu281.09.11.2020QubadlıÇərəli282.09.11.2020ZəngilanKeçikli283.09.11.2020ZəngilanÖrdəkli284.09.11.2020ZəngilanSobu285.09.11.2020ZəngilanQaragöz286.09.11.2020Zəngilanİsgəndərbəyli287.09.11.2020ZəngilanBartaz q.288.09.11.2020ZəngilanBartaz (2300 m)289.09.11.2020ZəngilanSığırt (1370 m)290.09.11.2020ZəngilanŞükürataz (2000 m)291.09.11.2020LaçınGüləbird292.09.11.2020LaçınSəfiyan293.09.11.2020LaçınTürklər294.20.11.2020AğdamAğdam295.25.11.2020KəlbəcərKəlbəcər296.01.12.2020LaçınLaçın
Xəbərin oxunma sayı :
403
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta