AZ

Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb

Bu ilin I yarısında Azərbaycanda təkrarsığorta haqları ötən ilin eyni dövrünə nisbətdə 10 % və yaxud 6 milyon manat azalaraq 57 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında təkrarsığorta haqlarının sığorta haqlarında payı 8 % təşkil edib.
Təkrarsığorta haqlarının 5 %-i və yaxud 3 milyon manatı həyat sığortasının, 95 %-i isə və yaxud 54 milyon manatı qeyri-həyat sığortasının payına düşür. Həyat sığortası üzrə təkrarsığorta haqları bu seqmentdə yığılmış sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları isə bu seqmentdə yığılmış sığorta haqlarının 17 %-ni təşkil edir.

Seçilən
60
5
businesstime.az

6Mənbələr