AZ

Azərbaycanın GTS şirkəti imkan və xidmətlərini ADEX-də təqdim edib

Azərbaycanın “Ground Technical Support” (GTS) şirkəti Bakıda keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edib.

“Poliqon” xəbər verir ki, ADEX-2024-də GTS şirkəti texnikaların, silah sistemlərinin və digər məhsulların təmiri və modernləşdirilməsi, eləcə də onlara texniki qulluğun göstərilməsi ilə bağlı imkanlarını təqdim edib.

Üç gün davam edən sərgi çərçivəsində “Ground Technical Support” bir sıra şirkətlərlə görüşlər həyata keçirib.

Qeyd edək ki, Azərbaycanda yerli brend olaraq formalaşan “Ground Technical Support” şirkəti yeni olmasına rəğmən Azərbaycan Respublikası ərazisində dövlət qurumları ilə birlikdə layihələrdə yer almağa başlayıb. Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən önə çıxanı “Ground Technical Support” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə qurulub.

Şirkətin tərkibində “Xüsusi texnikaların təmiri” və “Tırtıllı və təkərli texnikaların təmiri” departamentləri, həmçinin Maddi-Texniki Təminat bölməsi və işlərin bilavasitə yerinə yetirildiyi “Texniki xidmət və təmir mərkəzi” fəaliyyət göstərir.

GTS-nin əsas fəaliyyət istiqamətləri:

Yerüstü yedəyə alınan və özüyeriyən silahlar;

Döyüş texnikaları;

Zirehsiz və zirehli avtomobillər;

Xüsusi nəqliyyat vasitələri (motosikllər, kvadrosikllər və baggilər);

Elektrik qida mənbələri (generatorlar);

Trenajorlar.

Şirkətin əsas fəaliyyət növləri:

Nümunələrin təmir və modernləşdirmə işlərinin yerinə yetirilməsi;

Nümunələrə servis xidmətlərinin göstərilməsi;

İnteqrasiya və uyğunlaşdırma işlərinin icrası.

Şirkət, sifarişçinin tələblərinə uyğun olaraq aşağıda sadalanan silah və texnika növlərinə servis xidmətləri göstərir, onların kompleks şəkildə təmir və modernləşdirmə işlərini həyata keçirir.

Xüsusi texnikaların təmiri üzrə:

Daşınan və özüyeriyən minaatan sistemləri;

Yedəyə alınan artilleriya sistemləri;

Özüyeriyən artilleriya sistemləri;

Raket kompleksləri və yaylım atəşli reaktiv sistemlər;

Tank əleyhinə idarə olunan raket kompleksləri (o cümlədən döyüş modulları).

Tırtıllı və təkərli texnikaların təmiri üzrə:

Zirehli tank texnikaları: baza maşınları və silah sistemi (o cümlədən döyüş modulları);

Zirehsiz və zirehli avtomobillər: şassi və xüsusi hissə (o cümlədən döyüş modulları);

Motosikllər, kvadrosikllər və baggilər.

Trenajor komplekslərinin və qida mənbələrinin təmiri üzrə:

Müxtəlif trenajor kompleksləri.

Müxtəlif təyinatlı elektrik qida mənbələri (generatorlar).

Seçilən
3
poliqon.az

1Mənbələr