AZ

Milli Məclisdə yuxulayan Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

Sitat.info Pravda.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.

Qeyd edək ki, bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.

Qeyd edək ki, Səttar  Mehbaloyev bir nece gun once 7 ci cagiris mlli meclisin ilk icsalsinda prezidentin cioxisi zamani yuxulayarken goruntulenmisdi ve daha sobna metbuaat aciqlama vererek sehhetinde problem oldugunu ureyinin muialicesi ucun alm aniyaya gedeceyini demiosdi.S mehbaliyev hemcini preziodentin cixisi zamani uyatmadigi hemcinin asagi baxayaraq fikirlsdiytini demisdi.

Seçilən
95
49
sitat.info

10Mənbələr