AZ

Xətaidə güclü yanğın – Hadisə yerinə 6 təcili yardım briqadası cəlb olundu

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Heftelik.az-ın məlumatına görə, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

DİN-dən bildirilib ki, yanğınla əlaqədar 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

TƏBİB-dən bildirilib ki, bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

 

Seçilən
0
29
heftelik.az

10Mənbələr