AZ

Uşaqlarda fikir dağınıqlığı nədən yaranır? — AÇIQLAMA

Son zamanlar terapiyalarda, seanslarda gördüyümüz uşaq və yeniyetmələrin, hətta yetişkinlərin ən çox əziyyət çəkdiyi problemlərdən biri ilə diqqət əksikliyi, fikri bir yerə cəmləyə bilməməkdir. Amma fikir dağınıqlığını daha çox uşaqlarda müşahidə edirik.

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Aygün Cəfərova deyib. O bildirib ki, fikir dağınıqlığının bir çox səbəbləri var:

“Son zamanlar ümumiyyətlə texnologiyadan həddən artıq çox istifadə etmək əsas səbəblərdəndir. Həddən artıq dərs yükünün olması, yəni uşağın bacardığından artıq dərsin yüklənməsi birdən- birə zehni yorğunluğa  gətirib çıxara bilər. Düzgün olmayan yuxu rejimi uşaqların diqqət probleminin yaranmasına çox təsir edir.  Ən əsas səbəblərdən biri də emosional balansın olmaması, yəni ailədə daha çox münaqişələrin olması, sosial problemlər, ətrafdakı, mühitdəki uşaqlarla uyğunlaşa bilməməkdir.Bu da ilk növbədə bizim psixi proseslərimizin inkişafına mane olur. 

Psixoloq valideynlərə bu məsələdə tövsiyələr edib:

“Tövsiyəmiz o olardı ki, valideynlər uşaqların yuxusunu  öncə nizamlasın, uşağın yaşına görə sağlam yuxu vacibdir. İkinci növbədə texnologiyadan balanslı istifadə, ən önəmlisi də ailədə bu emosional balansı nizamlamaqdır. Uşaq qidasını düzgün qəbul  etsin, sosial şəbəkələrdən balansını istifadə etsin. Amma evdə emosional gərginliklər pik səviyyədə olarsa, onun heç bir təsiri olmayacaq"

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr