AZ

“Xarıbülbül” şəhid və qazi övladlarının payız düşərgəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

İşğaldan azad olunmuş Füzuli şəhərində Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunmuş anım tədbiri və “Xarıbülbül” şəhid və qazi övladlarının payız düşərgəsinin bağlanış mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, hərbçilər, tərəfdaş qurumların nümayəndələri, məktəblilər, Füzuli sakinləri və media mənsubları iştirak ediblər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi çıxışlardan sonra düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimiz tərəfindən təqdim olunub.

Tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında doğma yurdumuz Azərbaycana, Qarabağa, Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib.

 

Seçilən
15
qht.az

1Mənbələr