AZ

NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib

     NVIDIA hal-hazırda GeForce RTX 5090 və RTX 5080 videokartları üzərində çalışır. İndi isə insayderlər bu videokartlar barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən RTX 5090 videokartı 21 760 ədəd CUDA nüvəsini əldə edəcək və özündə GDDR7 standartlı 32 GB-lıq VRAM ilə 512 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) birləşdirəcək.     Bu videokart məlumatların saniyədə 1.5 TB sürətlə ötrürülməsi imkanına sahib olmalıdır. Məlumatda qeyd edilib ki, RTX 5090-ın maksimal enerji sərfiyyatı 600 vatt təşkil edəcək. RTX 5080 modelinə gəldikdə isə o, 10 752 ədəd CUDA nüvəsini əldə etməli və 16 GB-lıq VRAM ilə 256 bit-lik yaddaş şininə sahib olmalıdır. RTX 5080-in məlumatların saniyədə 750 GB sürətlə ötürülməsi imkanına sahib olacağı gözlənilir. Onun maksimal enerji sərfiyyatı isə 400 vatt təşkil etməlidir. Bu videokartların nə zaman təqdim olunacaqları bilinmir.

Seçilən
9
technote.az

1Mənbələr