AZ

"Məhdudiyyətsiz İncəsənət” layihəsi icra olunur

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində “Məhdudiyyətsiz İncəsənət” adlı layihə Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində olub körpə yaşında xəstəxanaya məhkum olan gözəl balalara master klass keçirildi.  

Layihə rəhbəri Aytən Nəbiyeva Tacəddin qızı xəstəxana kollektivinə və əməkdaşlarına, başda həkim Könül Bağırova və Zöhrə Əlimirzəyeva öz minnətdarlığını bildirdi. Bütün qaydalara riayət edilərək layihə könüllüləri sanitar xələt, əlcək və maskalarla təmin olunaraq içəriyə girməsinə, uşaqlarla ünsiyyət qurulmasına dəstək oldular. Master klassın təlimçisi Azərbacan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Ülviyyə Seyidzadə yorulmadan onlara rəssamlığın sirlərini öyrətdi.

Uşaqların aldığı zövq mərkəzin kollektivinədə siraət etdi, bərabər onlarda master klassda iştirak edib uşaqların daha rahat öyrənməsinə dəstək oldular. Bu layihədə hər bir dəstəyi əsirgəməyən “Göyərçin” TİDİB sədri Gülnarə Vəlixanlıya xüsusi təşəkkür bildiririk.

Seçilən
25
qht.az

1Mənbələr