AZ

Altı bina yerlə bir oldu

İsrail ordusu bu gün (sentyabrın 27-də) baş nazir Binyamin Netanyahunun “Hizbullah” terror təşkilatına qarşı hərbi əməliyyatların davam edəcəyini təsdiqlədiyi çıxışından bir neçə dəqiqə sonra, Livanın cənubundakı hədəflərə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb.

Ordu bəyanatında “Hazırda Beyrutun cənubunda “Hizbullah” terror təşkilatına aid hədəfləri vurduğunu”, – açıqlayıb.

AFP-nin verdiyi məlumata görə, Livanın Milli Xəbər Agentliyi İsrail döyüş təyyarələrinin “Hizbullah”ın qalalarından biri olan Beyrutun cənub ətrafına silsilə hücumlar həyata keçirdiyini və hücumların paytaxt və onun ətraflarında əks-səda verdiyini bildirib.

“Düşmən döyüş təyyarələri şəhərin cənubundakı məhəllələrə silsilə hücumlar həyata keçirib”, – rəsmi agentlik bildirib.

Jurnalistlər partlayışlardan qısa müddət sonra təcili yardım sirenlərinin eşidildiyini bildiriblər. Yerli media orqanları cənub ətraflarında müxtəlif yerlərdən yüksələn tüstü buludlarını əks etdirən canlı görüntüləri yayımlayaraq, hücumun görünməmiş miqyasını vurğulayıb.

Livandakı təhlükəsizlik mənbəsi İsrailin hücumlarının Beyrutun cənub ətrafına qarşıdurma başlayandan bəri ən böyük zərbə olduğunu deyib, “İsrail adətən yüksək səviyyəli (Hizbullah) məmurların olduğu ərazini bombalayır”.

Axios İsrail mənbəsinə istinadən bəyan edib ki, İsrailin Beyruta hücumu Həsən Nəsrullahı hədəf alıb. İsrail ordusu Beyrutun cənub ətraflarında “Hizbullah” terror təşkilatının qərargahına hücum etdiyini bildirib.

Hizbullaha yaxın mənbə verdiyi açıqlamada İsrailin Beyrutun cənub ətrafına etdiyi hücumlarda 6 binanın tamamilə dağıldığını və bu hücumların 2006-cı ilin yayında İsrailə qarşı başladığı müharibədən sonra terrorçuların qalasına edilən ən ağır hücum olduğunu bildirib.

Adının açıqlanmasını istəməyən mənbə, İsrail ordusunun “Hizbullah”ın cənub ətraflarında yerləşən “əsas qərargahını” hədəf aldığını söylədikdən qısa müddət sonra “Altı bina tamamilə dağıdılıb” dedi. Paytaxt və onun ətrafından güclü partlayış səsləri eşidilib.

***

Netanyahu BMT Baş Assambleyasındakı çıxışında deyib: “Nə qədər ki “Hizbullah” müharibə yolunu seçir, İsrailin seçimi yoxdur və İsrailin bu təhlükəni aradan qaldırmaq və vətəndaşlarımızı təhlükəsiz şəkildə evlərinə qaytarmaq hüququ var”. Netanyahu bildirib ki, Hizbullaha qarşı əməliyyatlar “məqsədlərimizə çatana qədər davam edəcək”.

Müdafiə naziri Yoav Qalant açıqlamasında "İsrailin yaxın və uzaq düşmənlərini" məğlub edəcəyinə söz verib.

Seçilən
151
vaxt.az

1Mənbələr