AZ

"Neftçi"nin futbolçusu zədələndi

“Neftçi”nin Misli Premyer Liqasının 8-ci turunun “Sumqayıt”la oyununda Emin Mahmudovun xidmətindən istifadə edə bilməyəcək.

Sportnet.az xəbər verir ki, “ağ-qaralar”ın aparıcı üzvü məşqlərin birində dizindən zədələnib.

Belədə, onun oyunu buraxacağı dəqiqləşib.

Mahmudovun hansı müddətdə sıradan çıxdığı isə hələ məlum deyil.Bundan başqa, Emil Səfərov da meydana çıxmayacaq.“Neftçi” – “Sumqayıt” oyunu bu gün “Neftçi Arena” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.


Seçilən
3
2
sportnet.az

3Mənbələr