AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin daha da inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər tərəfindən “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalanıb.

Seçilən
20
37
adalet.az

10Mənbələr