AZ

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, tədbir Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Ardınca gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarışın əhəmiyyətindən söz açıb. O, bildirib ki, bu cür beynəlxalq turnirlərin təşkili Azərbaycanda şahmatın inkişafına böyük töhfə verir. Nazir son illər Azərbaycan şahmatının inkişafından da bəhs edib. Vurğulayıb ki, dövlət tərəfindən digər idman növlərinə olduğu kimi, şahmata da böyük diqqət və qayğı var.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov turnirin yüksək səviyyədə təşkil olunduğunu və yarışda gərgin mübarizənin getdiyini söyləyib. O, memorialda güclü şahmatçıların iştirak etdiyini qeyd edib, buna görə iti zəka sahiblərinə təşəkkürünü bildirib. O, Şuşa şəhərinin uzun illər xatirə turnirinə ev sahibliyi edəcəyinə inandığını vurğulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkili üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Daha sonra yarışın ən maraqlı anlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin nümayəndəsi İsmayıl İsmayılova turnirin təşkilatçıları tərəfindən xüsusi mükafat təqdim olunub.

Ardınca isə turnirin yekun nəticələri açıqlanıb. Beləliklə, Yan Nepomnyaşi (FIDE) 1-ci, Nodirbek Abdusattorov (Özbəkistan) 2-ci, Şəhriyar Məmmədyarov 3-cü, Valdislav Artemyev (FIDE) 4-cü, Aydın Süleymanlı 5-ci, Aravind Çitambaram (Hindistan) 6-cı, Riçard Rapport (Macarıstan) 7-ci, Rauf Məmmədov isə 8-ci olub.

Sonda qalib şahmatçıya kubok təqdim edilib.

Seçilən
40
5
hafta.az

6Mənbələr