AZ

 Anım Günü ilə əlaqədar Xətai rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xətai rayonu, Gənclik parkının ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları  iştirak ediblər.
 

Aksiya iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar. Aksiya çərçivəsində Xətai rayonundan olan 92 şəhidin xatirəsinə 92 ədəd ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri aparılıb.

Seçilən
13
qht.az

1Mənbələr