AZ

Türkiyə Superliqası: "Qalatasaray" qələbəni əldən verdi - VİDEO

Türkiyə Superliqasında VII turun oyunları keçirilir.  Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib. "Qalatasaray" doğma meydanda "Kasımpaşa"nı qəbul edib. İstanbul təmsilçisi hesabda 3:0 öndə olsa da, qonaqlar əzmkarlıq göstərərək matçın sonunda hesabda tarazılığı bərpa edə biliblər – 3:3. "Rizespor" səfərdə "Alanyaspor"a, "Göztəpə" isə "Samsunspor"a məğlub olub. Qeyd edək ki, Superliqada VII tura 30 sentyabrda yekun vurulacaq. Türkiyə Superliqası VII tur 28 sentyabr "Alanyaspor" – "Rizespor" – 1:0 Qol: Yanvier, 33 "Samsunspor" – "Göztəpə" – 4:3 Qollar: Mouandilmadji, 28, Nitçam, 70, 90+3, Şindler, 79 // Yavru, 13 (aq), Romulo, 41, Juan, 50 "Qalatasaray" – "Kasımpaşa" – 3:3 Qollar: Osimhen, 20, 28, İkardi, 34 // Fall, 44, Haydanoviç, 83 (pen), Da Kosta, 90+5

Seçilən
18
matc.az

1Mənbələr