AZ

İngiltərə Premyer Liqasında lider dəyişdi

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində "Vulverhempton" Liverpul şəhərinin eyniadlı komandasını qəbul edib. Matc.az xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi oyun "Molinyu" stadionunda baş tutub. "Liverpul" səfərdə meydan sahibləri üzərində qələbə qazanıb – 1:2. Bu qələbədən sonra Arne Slotun yetirmələri 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Liverpul"un ən yaxın təqibçiləri ondan bir xal geri qalan "Mançester Siti" və "Arsenal"dır. Cari mövsümdə beşinci məğlubiyyətini alan "Vulverhempton" isə turnir cədvəlinin sonuncu pilləsində qalıb. Komanda tarixinin ən pis startlarından birini yaşayır.  

Seçilən
22
matc.az

1Mənbələr