Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Ordu" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Debütant ABŞ-dən olan basketbolçu Renni Qrifinlə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Renni Qrifin 2023/2024 mövsümündə ölkəmizdə NTD-nin formasını geyinib.