AZ

Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Bu barədə "Far.Az"a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə tərəfdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin hər zaman qardaş, dost ölkələr ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini, bu baxımdan İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hər zaman hazır olduğumuzu diqqətə çatdırıb.

Azərbaycanın İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində əməkdaşlığa, İƏT-in fəaliyyətinin gücləndirilməsinə verdiyi töhfələr məmnunluqla qeyd edilib.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində görülən hazırlıq işləri, aparılan danışıqlar prosesi, sədrlik prioritetləri və təşəbbüslərimiz barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə resurslarının cəlb olunmasına fokuslandığını bildirib.

İƏT ölkələri üçün, həmçinin iqlim dəyişikliyi təhdid ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

23:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə Bakının COP29-a sədrliyini müzakirə edib.

“Far.Az” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib. [Görüşdə] Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Seçilən
24
11
far.az

10Mənbələr