MLS-də "İnter Mayami" evdə "Şarlotte" komandası ilə qarşılaşıb. Matc.az xəbər verir ki, görüş Fort Lauderdeyldəki "DVR Stadionu"nda baş tutub və heç-heçə ilə yekunlaşıb - 1:1. Oyunda hesabı 57-ci dəqiqədə qonaqların polşalı mərkəz hücumçusu Karol Sviderski açıb. "İnter Mayami"nin bərabərlik qolunu isə Lionel Messi vurub. Argentinalı cərimə meydançasının kənarından vurduğu zərbə ilə rəqib qapısına yol tapıb. Qeyd edək ki, zədəsini sağaltdıqdan sonra klubda keçirdiyi son dörd matçda Messi iki qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta