AZ

2025-ci ildə klublararası dünya çempionatının finalı harda keçiriləcək?

2025-ci il klublararası dünya çempionatının həlledici oyunu ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA turnirin oyunlarının keçiriləcəyi 12 stadionu təsdiqləyib. Oyunlara Nyu Cersi ilə yanaşı, Şarlotta, Cincinnati, Los-Anceles, Mayami, Neşvil, Orlando (iki arena), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta da ev sahibliyi edəcək. Qeyd edək ki, 2025-ci ildə ilk dəfə 32 komandanın iştirakı ilə Klublararası Dünya Çempionatı keçiriləcək. Yarışa Avropadan 12 klub (bunlara Çempionlar Liqasının son 4 qalibi, həmçinin klublar reytinqində ən yaxşı 8 komanda daxil olacaq), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4 klub, Okeaniyadan 1, eləcə də ev sahibi ölkənin nümayəndəsi. Komandalar dörd nəfərdən ibarət səkkiz qrupa bölünəcək və hər bir rəqiblə bir dəfə oynayacaq. Hər kvartetdən iki ən yaxşı komanda 1/8 finala yüksələcək.  

Seçilən
12
1
matc.az

2Mənbələr