İngiltərə Premyer Liqasının klubları yay transfer pəncərəsinin bağlanma tarixinin avqustun sonundan 15-nə keçirmək ideyası üçün təşəbbüs göstərmək niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb. Bildirilir ki, bu təşəbbüs Avropanın ilk "beşliy"inə daxil olan digər liqalar: La Liqa, A Seriya, Bundesliqa və Liqa 1 tərəfindən də müsbət qarşılanıb. Mövsümə start verildikdən sonar komandaların heyətinə yeni oyunçuların cəlb edilməsi etirazla qarşılanır. Bu, məşqçilərin komandada sistem qurmasına mənfi təsir göstərdiyi bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta