Fransa millisinin sabiq hücumçusu Ceremi Menez futbol karyerasını başa vurdub. Matc.az xəbər verir ki, o, bu barədə "RMC Sport"a açıqlamasında deyib. "Oyun bitdi. Bitirəcəyimi heç kimə demədim. Gəlin görək bundan sonra nə olacaq. 20 ildən çoxdur ki, peşəkaram. Çox səyahət etmişəm. Müxtəlif ölkələrin bir çox klublarında oynamışam. Uşaqlarım buradadır. Mən, həqiqətən, oyanamağa davam etmək istəmirdim. Əgər oynamaq istəyi yoxdursa, bu, kluba hörmətsizlikdir”, - deyə Menez bildirib. Qeyd edək ki, 37 yaşlı fransalı forvard son olaraq B Seriyasında İtaliyanın "Bari" klubunda çıxış edib. Menez Fransa millisində 24 oyun keçirib, 2 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta