AZ

Stolüstü tennisçilərimiz Batumidə 3 medal qazanıb

Azərbaycanın stolüstü tennisçiləri Batumi şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində üç mükafat əldə ediblər. Sport24.az xəbər verir ki, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komanda 1 qızıl, iki bürünc medal qazanıb.
 
Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.
 
Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.
 
Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.

Seçilən
7
15
sport24.az

10Mənbələr