AZ

Ayxan Abbasov: "Biz robot deyilik"

"Şamaxı" Misli Premyer Liqasının VIIÇ turunda doğma meydanda "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

Sportnet.az xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik. İlk 15 dəqiqədə fərdi səhvdən qol buraxandan sonra komandada həyəcan oldu. Daha sonra üstünlük bizə keçdi. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son dəqiqələrdə qol buraxmaq futbolçulara pis təsir edir. Amma 1 xal da xaldır. Növbəti oyuna hazırlaşacağıq.

- İki fərqli hissə izlədik. İlk yarıda komandanızın oyunu niyə alınmırdı?

- Rəqibin əvvəlcədən dediyimiz, məşqlərdə hazırlaşdığımız hücumundan qol buraxdıq. Bundan sonra futbolçular sanki oyunun sonuna az qalmışdı deyə tələsirdi. Buna görə də oyunumuz alınmırdı. Biz təzə komandayıq. Bu halları yaşayacağıq. Fasilədə danışdıqlarımız işə yaradı.

- Mövsümün əvvəlində hədəfiniz Premyer Liqada qalmaq idi. İndi hədəf dəyişib?

- Xeyr, eyni hədəfdir.

- Sabiq klublarınızdan olan "Zirə" və "Sumqayıt"ı məğlub etmisiniz. Bu gün də az qala "Turan Tovuz"a az qalib gəlirdiniz. Bu oyunlar sizin üçün xüsusi prinsipiallıq daşıyır?

- "Kəpəz"i də məğlub etmişik. Biz meydançada rəqibik. Mənim üçün rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm. 

- Oyundan sonra "Turan Tovuz" rəhbərliyi ilə görüşdünüz?

- Bəli, görüşdük, bir-bizimizə uğurlar arzuladıq. Heç bir problem yoxdur.

- Hakimliklə bağlı fikriniz necədir?

- Hakim VAR-a baxıb penalti verdi. Dediyinə görə, əllə oyun var idi. Tural Qurbanov ən perspektivli gənc hakimkərdəndir. Amma hakimlər oyunu təhlil etsinlər. Çox dayanmalar, sarı vərəqələr oldu. İtaliya, İspaniya çempionatına baxsınlar. Biz robot deyilik. Deyirlər, yeni sədrin ən böyük tələbi baş məşqçilərin xətti keçməməsidir. Məncə, bu məsələyə bu qədər də ciddi yanaşmaq doğru deyil. Ümumi götürəndə, bu gün Tural Qurbanov oyunu pis idarə etmədi.


Seçilən
8
7
sportnet.az

8Mənbələr