AZ

Dumfris "İnter"lə bağlı qərarını verdi

"İnter"in müdafiəçisi Denzel Dumfris klubu ilə yeni müqavilə imzalamaq qərarına gəlib. Matc.az xəbər verir ki, bu barədə məlumatı AS yayıb. Bildirilir ki, tərəflər yaxın günlərdə yeni müqaviləni açıqlayacaqlar. Dumfrisin yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edəcək. Müqavilənin şərtləri açıqlanmayıb. Qeyd edək ki, Denzel Dumfris 2021-ci ilin avqustunda "İnter"ə keçib. Bu müddət ərzində futbolçu 137 oyun keçirib və 12 qol vurub.  

Seçilən
24
matc.az

1Mənbələr