AZ

Premyer Liqa: “Qarabağ” “Sabah”ı yenə əliboş yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyunu son çempion “Qarabağ”la əsas rəqiblərindən sayılan “Sabah” arasında baş tutub.

Bu oyunda qalib gələn komanda vahid liderliyi ələ keçirəcəkdi. Ağdam klubu matçdan öncə 15 xalla 2-ci, paytaxt klubu isə 14 xalla 4-cü sırada qərarlaşmışdı.

Bu, “Qarabağ”la “Sabah”ın 24-cü çempionat oyunu idi. Əvvəlki 23 oyunda ağdamlılar 14, bakılılar 2 qələbə qazanmışdılar, 7 görüş bərabərliklə bitmişdi. “Qarabağ” son 6 oyunda qol vurmuşdu. “Sabah” səfərdə bu rəqibinə heç vaxt qalib gəlməmişdi.

Ənənə bu dəfə də pozulmayıb. Ağdam təmsilçisi 5 qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılıb. Nəticədə “Qarabağ” 18 xalla vahid liderə çevrilib.

Premyer Liqa
8-ci tur
29 sentyabr

“Qarabağ” – “Sabah” 3:2
Qollar: Toral Bayramov, 6. Nəriman Axundzadə, 8. Kevin Medina, 17 – Coy Lens Mikels, 45+1. Pavol Şafranko, 51.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.

Qarabağ: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Seçilən
8
17
arena.az

10Mənbələr