İspaniya çempionatında "Atletiko" - "Real" matçı yarımçıq dayandırılıb.
İdman.biz xəbər verir ki, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.
Nəticədə hakimin qərarına əsasən Madrid derbisinin 69-cu dəqiqəsində komandalar soyunub-geyinmə otağına yollanıblar.
Qeyd edək ki, "Real" hesabda 1:0 öndə olub.
İdman.biz