Türkiyə Superliqasında VII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə dörd qarşılaşma keçirilib. "Fənərbaxça" səfərdə "Antalyaspor" üzərində inamlı qələbə qazanıb. "Trabzonspor" isə doğma meydanda "Konyaspor"u məğlub edib. Günün digər qarşılaşmalarında "Eyupspor" "Qaziantep"ə, "Bodrum" "Adana Dəmirspor"a qalib gəlib. Qeyd edək ki, Superliqada VII tura 30 sentyabrda yekun vurulacaq. Türkiyə Superliqası VII tur 29 sentyabr "Eyupspor" – "Qaziantep" – 3:2 Qollar: Kutucu, 15, Akbaba, 65, Tiam, 79 // Soresku, 28, Taşdemir, 90+4 "Trabzonspor" – "Konyaspor" – 3:2 Qollar: Viska, 16, Banza, 45+4 (pen), 54 // Demirbağ, 24, Keyta, 89 "Antalyaspor" – "Fənərbaxça" – 0:2 Qollar: Tadiç, 63, Talisson, 81 (aq) "Bodrum" – "Adana Dəmirspor" – 3:1 Qollar: Puşkaş, 13, 82, Süleymanov, 54 // Qravillon, 60
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta