AZ

"Real" derbidə xal itirib

İspaniya La Liqasında VII turun 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, tur Madrid derbisi ilə yadda qalıb.

"Real" "Atletiko"nun qonağı olub. Qonaqlar 90+5-ci dəqiqədə qələbəni əldən veriblər. Hesabı müdafiəçi Militao açıb. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə isə Korrea komandasını məğlubiyyətdən xilas edib.

İspaniya La Liqası
VII tur
29 sentyabr

"Selta" - "Jirona" - 1:1
"Atletik" - "Sevilya" - 1:1
"Betis" - "Espanyol" - 1:0
"Atletiko" - "Real" - 1:1

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr