Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask oktyabrın 10-da “Tesla” tərəfindən hazırlanmış sürücüsüz taksi kimi tanınan “Robotaxi”ni təqdim edəcək.
Banco.az xəbər verir ki, İlon Mask oktyabrın 10-da Los-Ancelesdə “Tesla”nın robotaxi konsept avtomobilini təqdim edəcək.
Bu hadisə iki il əvvəl “Optimus” robotunun prototipindən sonra ilk yeni məhsul təqdimatı olacaq.
Hollivud xaricindəki bütün “Warner Bros” studiyasının icarəyə götürüldüyü tədbirin “Tesla”nın tarixində mühüm gün olacağı düşünülür.
Xatırladaq ki, sürücüsüz taksi funksiyasını yerinə yetirəcək avtomobilin indiyədək bir çox təfərrüatları məlum olub.