AZ

Müharibə edən ölkəyə gedən kimlərdir?

Rusiyada turizm sektoru sürətlə inkişaf edir. 

Son məlumatlar göstərir ki, 2024-cü ilin əvvəlindən turizm sektorunda xidmət göstərən şirkətlərin sayı sürətlə artmaqdadır. 

"Cebheinfo.az" xəbər verir ki, bunu "Kommersant" saytı yazır. 

"Kontur. Focus"un araşdırmasına görə, 2024-cü ilin sentyabrında Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 45 min 200-ə çatıb ki, bu da ötən illə müqayisədə 2,5% artım deməkdir. 45 min səviyyəsi pandemiya dövründən bəri ilk dəfə aşılıb. Eyni dövrdə müflisləşən şirkətlərin sayı 5,9% azalıb. 

Rusiya Statistika İnstitutunun (Rosstat) məlumatına görə, 2024-cü ilin ilk yeddi ayında otellərdə qalanların sayı 11,7% artaraq 48,7 milyon nəfərə çatıb. Həmçinin bildirilib ki, Rusiyadan xaricə səfərlər bu il 8,7% artaraq 12,7 milyona çatıb. 

Rusiya Turizm Sənayesi Assosiasiyasının sədr müavini Dmitri Qorinin sözlərinə görə, bu artım turizm sektorunda biznesin həcminin artmasına böyük töhfə verib. Turizm Operatorlar Assosiasiyasının baş meneceri Maya Lomidze “Rusiyada turizm sektoru xüsusilə daxili bazarda böyüməyə davam etsə də, tətil planı hazırlayanların 40%-i ölkədaxili səyahətlər üçün turizm şirkətlərinin xidmətlərindən, 60%-i isə beynəlxalq səyahətlər üçün turizm şirkətlərinin xidmətlərindən istifadə edir",- deyə bildirib. 

Seçilən
13
cebheinfo.az

1Mənbələr