AZ

İran “Hizbullah”a kömək üçün qoşun göndərməyəcək

İran “Hizbullah” hərəkatına İsraillə mübarizədə kömək etmək üçün Livana qoşun göndərmək niyyətində deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani mətbuat konfransında bildirib

“Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları sionist rejiminin təcavüzündən müdafiə etmək üçün bütün lazımi imkanlara malikdir. Livan bu işğal rejimini məğlub etməyə qadir olduğunu sübut etdi. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kənani bildirib.

O, daha əvvəl demişdi ki, Tehran İsrailin cinayətlərini cavabsız qoymayacaq.

Musavat.com

Seçilən
89
46
musavat.com

10Mənbələr